ABŞ prezidenti Donald Tramp Konqresə ölkənin Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə əlaqədar rəsmi bildiriş göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə senator Bob Menendes deyib.
“Bu, amerikalıların həyatını və (onların - Red) maraqlarını qorumayacaq. Amerikanı xəstə və tək qoyacaq” - deyə senator “Twitter” səhifəsində yazıb.
Senator Trampın hərəkətlərini “xaotik və uyğunsuz” adlandırıb.