İsrail həbsxanasında 26 ildir saxlanılan və ömürlük həbs cəzası alan fələstinli Saadi əl-Garabi vəfat edib.
Teleqraf.com xarici mediaya istinadla bildirir ki, 75 yaşlı Garabi həbsxanada ölüb. Fələstinin dirəniş qrupları və vətəndaş cəmiyyəti qurumları bu ölümə görə İsrailin məsuliyyət daşıdığını elan edib.
Qeyd edilir ki, bu ölümlə İsrail həbsxanasında vəfat edən fələstinli məhbusların sayı 224 nəfərə çatıb.
Əlavə edilir ki, hazırda İsrail həbsxanalarında saxlanılan və xəstə olan fələstinli məhbusların sayı 700 nəfərdən çoxdur.