9 İyul 11:00
3 650

Sevgilisi ilə gəzən gənc ona söz atan şəxsi güllələyib.

Teleqraf.com xəbər verir ki, hadisə İstanbulun Bəyoğlu səmtində baş verib.

Məlumata görə, Bəyoğlunda sevgilisi ilə gəzən gəncə söz atıblar, daha sonra onu döyüblər. Az sonra döyülən şəxs dostlarını toplayaraq hadisə yerinə qayıdıb. Ona söz atan şəxsi məscidin yanında ayağından güllələyib, dostları isə yaralını ölümcül döyüblər. Bütün bu hadisələr təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Hazırda polis həmin şəxsi axtarır.


Müəllif: Cavad