Atəşkəsin elan olunmasına baxmayaraq, Ukraynanın şərqində hökumətlə separatçılar arasında davam edən qarşıdurma əsirlərin mübadiləsi prosesinin dayandırılmasına səbəb olub.
Teleqraf.com-un Ukrayna mediasına istinadən məlumatına görə, özlərini “Donetsk Xalq Respublikası” elan edən separatçı qurumun təmsilçiləri Kiyevi sentyabrın 5-də əldə olunan atəşkəs rejiminə riayət etməməkdə, eyni zamanda, əsirlərin məhkəmə işlərini bağlamamaqda günahlandırıblar.
Donetsk separatçıları hazırda əllərində 600-a yaxın ukraynalı əsir olduğunu bildiriblər. Rəsmi Kiyev əsirlərin sayının daha az – 224 nəfər olduğunu açıqlayıb. Separatçılar tərəfindən əsir düşənlərin sayının isə, 400-ə yaxın olduğu qeyd edilib.