Suriyanın Dəyr əz-Zor bölgəsində İran tərəfindən dəstəklənən hərbi birləşmələrə hücum edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Qırıcılarla təşkil olunan hücumların məsuliyyətini üzərinə götürən olmayıb. İran tərəfindən dəstəklənən qruplaşmanın Dəyr əz-Zor bölgəsinin İraqla sərhəddə yerləşən Əlbukamal qəsəbəsindəki mövqelərinin bombardman edildiyi bildirilib.
Hücumda 2 yüksək rütbəli komandir olmaqla, 35 qruplaşma üzvü həlak olub.