11 İyul 2020 22:53
3 747
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə Rusiya İnternet Tədqiqatları Agentliyinə gizli kiberhücum başlatmağı əmr etdiyini etiraf edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Vaşinqton Post” qəzetinə müsahibəsində danışıb.

Tramp, əvvəlki prezident Barak Obamanın Rusiya agentliyinin fəaliyyəti haqqında bildiyini, lakin Demokratlar Partiyasından namizəd Hillari Klintonun seçkidə qalib gələcəyinə ümid edərək tədbir görmədiyini deyib.

Tramp bildirib ki, Rusiyanın kibernetik sistemlərinə, Moskvanın seçkilərə müdaxiləsi etdiyi barədə kəşfiyyat məlumatlarına əsaslanaraq hücuma başlamağı tapşırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər