12 İyul 2020 00:12
1 651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Srebrenitsa soyqırımı ilə bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, Əminə Ərdoğanın Tvitterdəki duyğusal paylaşımı izləyicilər tərəfindən maraqla qarşılanıb.

"Yaraları sağaldan zaman insanlığın utancverici tabloları ilə üz-üzə qalanda yaraları yenidən qanadır. Srebrenitsa soyqırımında dünyasını dəyişənləri rəhmədlə yad edirik, itirdikləri həyat yoldaşları ilə ən çox qəhvə içmək üçün darıxan bosniyalı qadınları sevgi ilə qucaqlayıram", - deyə birinci xanım qeyd edib.


Müəllif: Teleqraf.com