9 Oktyabr 2014 12:03
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın əvvəllərində Qətərdən qaz vurulacaq yeni terminal işə salınacaq. Mayeləşdirilən qaz Litvanın qazla təminatına göndəriləcək.

Teleqraf.com-un xarici KİV-ə istinadən xəbərinə görə, qaz terminalı dekabrın əvvəllərində Litvanın Klayped limanında açılacaq. Qətərdan oraya qaz tankerlərlə daşınacaq.

Xəbərə görə, Qətər ildə Litvaya 4 milyard kubmetr qaz göndərəcək. Ekspertlərin fikrincə, Litvanın illik təminatı üçün 3 milyard kubmetr qaz tələb olunur.

Qeyd edək ki, ötən il Rusiya Litvaya 1,393 milyard kubmetr qaz ixrac edib. Qətərlə razılaşmadan sonra Litva Rusiya qazından imtina edəcək.

Nihad


Müəllif:

Oxşar xəbərlər