18 İyul 2020 09:35
6 946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın S-400 zenit raket sistemlərini əldə etməsinə görə Ankaraya qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutan qanun layihəsi ABŞ Konqresinə təqdim edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə təşəbbüsün müəllifi, Respublikaçılar Partiyasından olan konqresmen Adam Kinzingerin saytında bildirilir.

Sənəddə deyilir ki, sanksiyalar ABŞ-ın “Sanksiyalar vasitəsilə mübarizə” qanunu (CAATSA) əsasında tətbiq edilməlidir.

“Türkiyə NATO liderliyinə uyğun gəlməyən şübhəli qərarlar qəbul etməyə davam edir. Bir il əvvəl Türkiyə Rusiya ilə silah mövzusunda razılaşma barədə NATO üzvlərinin xəbərdarlıqlarına məhəl qoymadı və S-400 raketdən müdafiə sistemlərinin ilk partiyasını qəbul etdi. Biz aydın şəkildə başa düşməliyik ki, onların hərəkətlərinə dözməyin ciddi nəticələri olacaq”, – deyə Kinzinger bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər