Şimali İraqdakı Kürd Muxtariyyətinin lideri Məsud Bərzani ABŞ-ın rəhbərliyi ilə “İraq-Şam İslam Dövləti” teeror təşkilatına qarşı vuruşan koalisiyanı Kobaniyə kömək etməyə çağırıb.
Teleqraf.com Doğan agentliyinə istinadən xəbər verir ki, bunu Bərzaninin adından Kürdüstan bölgəsinin divan sədri Fuad Hüseyn açıqlayıb. Onun sözlərinə görə, İraq hökuməti Kobanidən gələn qaçqınların vəziyyətinin yaxşılaşdırılması üçün çalışır. O, Bərzaninin sentyabrın 19-da beynəlxalq cəmiyyətə Kobaninin terrorçulardan təmizlənməsi üçün mesaj göndərdiyini də xatırladılıb.
Samir