9 Oktyabr 2014 19:39
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ilin 10-11 oktyabr tarixlərində Romada Qanun vasitəsilə Demokratiya naminə Avropa Komissiyasının (Venesiya Komissiyası) 100-cü plenar sessiyası keçiriləcək.

Teleqraf.com-un Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumata görə, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev yubiley sessiyasına qatılacaq və tədbirin açılış hissəsində Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi adından çıxış edəcək.

Səfər çərçivəsində M.Məmməd-Quliyevin İtaliya Xarici İşlər Nazirliyinin rəsmi şəxsləri ilə görüşlər keçirməsi də nəzərdə tutulub.


Müəllif:

Oxşar xəbərlər