9 Oktyabr 2014 21:13
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər nazirinin müavini Aleksandır Lukaşeviç Suriyada uçuşların qadağan edilməsi üçün yalnız BMT Təhlükəsizlik Şurasının qərarının keçərli olduğunu bildirib.

Lukaşeviç Türkiyə-Suriya sərhədində bağlı bölgə yaradılması üçün Təhlükəsizlik Şurasının qərarının vacibliyini diqqətə çatdırıb: "İraq və Liviyada bunun hansı nəticələrə səbəb olduğunu yaxşı bilirik. Ölkələrin və ya koalisiyaların bununla bağlı təkbaşına qərarları legitim deyil".

Lukaşeviçə görə, əgər hər hansı ölkənin ərazisində əməliyyatlar həyata keçirilirsə, həmin dövlətin təməl haqlarına hörmət edilməlidir, amma indiki halda hörmət edilmir: "Əksinə terrorla mübarizə adı altında başqa niyyətlər həyata keçirilir".

"NATO ilə Rusiya arasında dialoqu yenidən qurmaq olduqca zor olacaq. Buna görə Moskva məsuliyyət daşımır. NATO baş katibi Jens Stoltenberqin dialoq mühitinin yaradılması üçün addımlar atacağını düşünürük, amma indiki məqamda belə bir cəhdlər görmürük", deyə Lukaşeviç bildirib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər