28 İyul 2020 01:16
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə baş tutan telefon söhbətini olduqca məhsuldar adlandırıb.

Teleqraf.com xəbər verir ki, Ağ Ev rəhbəri Putinlə xeyli müzakirə apardığını bildirib.

“Biz müzakirə etdiklərimiz barədə danışmırıq. Lakin biz çox müzakirə etdik və düşünürəm ki, olduqca məhsuldar keçdi”, - deyə Tramp bildirib.

Qeyd edək ki, tərəflər arasında telefon danışığı iyulun 23-də baş tutub.


Müəllif: Teleqraf.com