29 İyul 2020 12:23
4 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya bu gündən Türkiyə vətəndaşlarına viza verməyə başlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Ankaradakı səfirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, bu gündən etibarən Türkiyədə fəaliyyət göstərən Rusiya diplomatik təmsilçilikləri tərəfindən Türkiyə Cümhuriyyətinin vətəndaşlarına və Türkiyədə müvəqqəti yaşayış hüququ alan xaricilərə bütün kateqoriyalar üzrə vizaların verilməsi və bununla bağlı müvafiq sənədlərinin qəbul edilməsi prosesinə başlanılacaq.

Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, avqustun 1-dən başlayaraq Türkiyə-Rusiya arasında hava yolları şirkətləri tərəfindən uçuşlara başlanılacaq.


Müəllif: Cavad