30 İyul 2020 14:50
5 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Belarusda “Vaqner” qrupunun 200-ə qədər hərbçisinin olduğu ehtimalı istisna deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının katibi Andrey Ravkov deyib.

“Əməliyyat məlumatlarına görə, 200 nəfərədək şəxs ərazidədir. Axtarışlar davam etdirilir”, - Ravkov jurnalistlərə bildirib.

Bundan əvvəl Belarus dövlət agentliyi “Belt” xarici özəl şirkətin və ya Rusiyaya bağlı “Vaqner” qrupunun 32 hərbçisinin Minsk yaxınlığında saxlanıldığını açıqlayıb. Agentliyin bildirdiyinə görə hamısı ruslardır. Eyni zamanda, hesabata görə, daha əvvəl Belarusa seçki kampaniyası zamanı vəziyyəti pozmaq üçün 200-dən çox hərbçinin gəlməsi barədə məlumat daxil olub.

Daha sonra Rusiyanın Minskdəki səfirliyi Belarus Xarici İşlər Nazirliyindən 32 rusun saxlanıldığı barədə rəsmi bir bildiriş aldığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər