1 Avqust 2020 11:30
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afrika qitəsində koronavirusa yoluxma sayı 931 min 777-yə çatıb.

Teleqraf.com xəbər verir ki, son 24 saatda ölkədə 19 min 156 nəfər virusa yoluxub.

Epidemiya səbəbindən ölənlərin sayı 364 artaraq 19 min 726 olub.

Qitədə COVID-19-dan bu günə qədər ən çox itki verən Cənubi Afrikada 8 min 5 ölüm qeydə alınıb. Ümumi yoluxma sayı 493 min 183 nəfərdir.

Afrikada virusa yoluxan 583 min 665 nəfər xəstəlikdən sağalıb.


Müəllif: Yeganə Oqtayqızı