Finlandiyanın Baş Naziri Sanna Marin futbolçu Markus Raykkonenlə ailə həyatı qurub.
Teleqraf.com xəbər verir ki, nikah mərasimi Baş nazirin iqamətgahında məhdud çevrədə keçib.
Cütlüyün münasibətləri artıq 16 ildir davam edir. 2 il öncə onların qız övladı dünyaya gəlib.
Sanna Marin Finlandiya hökumət başçısı postunu ötən ildən tutur.