4 Avqust 2020 13:02
7 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə terrorizmlə mübarizədə İranı yanında görmək istəyir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələrinin təqaüddə olan generalı İhsan Bozqurd deyib.

General İraqın şimalından qaçan terrorçuların bir hissəsinin İrana sığındığını bildirib:

“Terrorçuların liderinin İranda olduğunu bilirik. İran Türkiyənin bölgədəki varlığının özü üçün nə qədər əhəmiyyətli olduğunu unutmamalıdır. İran terrorçularla əməkdaşlıq etməyəcəyi, onları qorumayacağı təqdirdə Türkiyə tərəfindən beynəlxalq arenada müdafiə ediləcək. Ancaq İranın ikili oynadığını görürük. Hələ də PJAK-a (PKK-nın qolu) qarşı əməli addımlar atmır.

Zaman-zaman Türkiyə ərazilərindən qaçan terrorçular İranda özlərinə sığınacaq tapırlar. İran bunu bilməlidir ki, Türkiyə ilə sülh və yaxın qonşuluq içində yaşamaq üçün bu terror təşkilatları yox edilməlidir. Bunun üçün Türkiyə ilə birlikdə hərəkət etmək lazımdır.

Türkiyə öz imkanları və öz gücü hesabına həm daxildə, həm də xaricdə terror təşkilatlarını yox etməyə qərarlıdır. Lazım olarsa, bunu İran ərazilərində də etmək gücündədir. İran bunu unutmamalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər