Beyrutda baş vermiş partlayış nəticəsində Qazaxıstanın Livandakı konsulu Baqlan Spabek xəsarət alıb, diplomatik nümayəndəliyin binasına zərər dəyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in mətbuat xidməti məlumat yayıb.
Nazirlikdən bildiriblər ki, diplomatlar yerli hakimiyyətlə operativ əlaqə saxlayaraq Livan ərazisində yerləşən Qazaxıstan vətəndaşlarının vəziyyəti haqqında məlumatlar toplayırlar.