5 Avqust 2020 16:20
1 900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna MDB üzv dövlətlərinin sərhəd qoşunlarının elmi-tədqiqat fəaliyyəti üzrə əməkdaşlığı haqqında sazişi tərk edib.

Teleqraf.com xəbər verir ki, müvafiq qərar bu gün Ukrayna hökumətinin iclasında qəbul edilib.

Qeyd olunur ki, Nazirlər Kabineti müzakirə etmədən “Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin sərhəd qoşunlarının elmi-tədqiqat fəaliyyəti üzrə əməkdaşlığı haqqında sazişdən çıxmaqla bağlı” qərar qəbul edib.

Bundan əvvəl Ukrayna MDB üzvü olan ölkələrin Maliyyə Kəşfiyyat Birliyi Rəhbərləri Şurasının yaradılması haqqında sazişdən çıxmışdı.

Həmçinin, Ukrayna Rusiya ilə terrorizmə qarşı mübarizəyə dair memorandumu ləğv etmişdi. Rəsmi Kiyev iyunun 22-də bəyan etmişdi ki, Ukrayna Rusiya ilə müqavilə bazasına yenidən baxmağa davam edir.


Müəllif: Səxavət

Oxşar xəbərlər