Əfqanıstan əhalisinin üçdə biri yeni növ koronavirus infeksiyasına yoluxub.
Teleqraf.com xəbər verir ki, bnunu Əfqanıstanın səhiyyə naziri Əhməd Cavad Osmani mediaya açıqlamasında deyib.
Nazir bildirib ki, Əfqanıstanda 10 milyon insan COVID-19 infeksiyasına yoluxub: “Bu isə Əfqanıstan əhalisinin üçdə biri deməkdir. Bu rəqəm ölkə üzrə 2500 insanın antikor testlərinin nəticələrini araşdırarkən əldə edilib”.