Rusiya Terrorizmlə Mübarizə Komitəsi İnquşetiyada iki hərbçinin öldürüldüyü xüsusi əməliyyatla bağlı məlumat yayımlayıb.
Teleqraf.com xəbər verir ki, məlumatda əməliyyatın keçirildiyi ərazinin xüsusi nəzarətə götürüldüyü bildirilib.
Qarşıdurma yerində təhlükəsizlik əməkdaşları silah, döyüş sursatı və partlayıcı qurğu aşkarlayıblar.
Hərbçilər Nazran və Malqobek rayonunun Saqopşi kəndindəki fərdi evlərdə gizləniblər. Həmin şəxslərdən silahlarını qoyub təslim olmaları istənilib. Buna cavab olaraq silahlı şəxslər asayiş keşikçilərinə atəş açıblar.
Atışma zamanı iki nəfərin öldürüldüyü, digərinin isə tutulduğu deyilir. Təhlükəsizlik qüvvələri və mülki əhali arasında itki və zərərçəkən yoxdur.
Məlumatda əməliyyatda öldürülən və ələ keçirilən şəxslər hərbçi kimi təqdim edilib.