7 Avqust 2020 23:23
2 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Kərəc şəhərində dini inanclarına görə daha 9 bəhai həbsə məhkum edilib.

Teleqraf.com xəbər verir ki, işlərinə İran İnqilab məhkəməsində baxılan bəhai təriqətinin üzvlərinin hər birinin bir il azadlıqdan məhrum olunduğu bildirilib.

Həbs olunan şəxslər 2018-ci ilin sentyabr-dekabr aylarında saxlanılaraq Tehranın Evin zindanına aparılmışdılar. Bəhailərin mənzillərində yoxlama aparılmış, onlara məxsus noutbuklar, mobil telefonlar, dini kitablar və bir sıra digər şəxsi əşyalar götürülmüşdü.

Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının konstitusiyası bəhailiyi müstəqil bir din kimi tanımır. Məhz buna görə də, son 41 il ərzində İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər