9 Avqust 2020 01:48
2 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antalya şəhərində xoşagəlməz hadisə yaşanıb.

Teleqraf.com xəbər verir ki, sərnişin avtobusuna minən 2 şəxs maskasını düzgün taxmayıb. Bu da digər sərnişinlərin etirazına səbəb olub və mübahisə başlayıb. Daha sonra mübahisə davaya çevrilib. Avtobusun sürücüsü baş verənlərə müdaxilə etməyə çalışsa da, onun dediklərini nəzərə almayıblar. Bunu görən sürücü avtobusu yol kənarına çəkib, qapılarını bağlayıb və dərhal polisə xəbər verib.

Hadisə yerinə gələn polis əməkdaşları qaydalara əməl etməyən sərnişinləri bölməyə aparıb. Baş verən hadisə qardaş ölkədə kəskin qınaq obyektinə çevrilib.


Müəllif: Teleqraf.com