“Dojd” telekanalının jurnalistləri Belarusda akkreditasiyadan keçmədikləri üçün saxlanılıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib.
“Belarusdakı Rusiya səfirliyi “Dojd” jurnalistlərinin Minskdə saxlanması ilə əlaqədar problemin həllilə məşğuldur və Belarus tərəfi ilə əlaqə saxlayır. Onların yeri müəyyənləşdirilib”, - XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, bu gün Minskdə prezident seçkisi haqda reportaj hazırlayan rus jurnalistlər Vladimir Romenski, Vasili Polonski və operator Nikolay Antipov saxlanılıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə media işçilərinin həbsinin mülki geyimli şəxslər tərəfindən həyata keçirildiyini göstərir.