ABŞ Prezidenti Donald Tramp ötən axşam keçirdiyi mətbuat konfransında CBS telekanalının müxbiri Paula Reidin müharibə veteranlarının seçki hüququ ilə bağlı verdiyi suala etiraz olaraq kürsünü tərk edib.
Teleqraf.com xəbər verir ki, müxbirin "nə üçün qazilərlə bağlı qanunun sizin tərəfdən imzalandığını söyləmisiniz? Halbuki həmin qanun 2014-cü ildə imzalanıb" sualı prezidenti özündən çıxarıb.
Tramp digər jurnalistə söz vermək istəsə də Paula Reid ona imkan verməyib. Bundan sonra Tramp tribunanı tərk etməli olub.
"Qazinin seçimi" (Veteren Choice) qanunu 2014-cü ildə sabiq prezident Barak Obama tərəfindən imzalanıb. Trampın 2018-ci ildə imzaladığı qanun isə "Qazi xidməti qanunu" adlanır.