Rusiya Prezidenti Vladimir Putinin qızı koronavirus infeksiyasına qarşı Rusiya peyvəndini sınaqdan keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısının özü hökumətlə görüşü zamanı danışıb.
“Bu peyvənd adenovirus vektorlar əsasında hazırlanıb, məncə, onun üstünlüyü məhz insanın adenovirus vektorları əsasında hazırlanmasıdır. Daha dəqiq işləyir, sabit antitel və hüceyrə immuniteti yaradır. Mən bunu çox yaxşı bilirəm, çünki qızlarımdan biri özünü belə bir peyvənd etdirib. Düşünürəm ki, oƏ bu mənada eksperimentdə iştirak edib”, – deyə Putin bildrib.
Onun sözlərinə görə, ilk inyeksiyadan sonra onun temperaturu 38 idi.
“Növbəti gün 37-dən çoxdur və vəssəlam. İkinci inyeksiyadan sonra temperatur da bir az yüksəldi, amma sonra hər şey qaydaya düşdü. Özünü yaxşı hiss edir, əhvalı yüksəkdir”, – deyə Putin əlavə edib.
Qeyd edək ki, hökumət üzvləri ilə görüşün əvvəlində Putin Rusiyada COVID-19 əleyhinə peyvəndin qeydə alındığını açıqlayıb.