11 Oktyabr 2014 11:17
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan pois və əsgərlərin etirazçılara qarşı lazimi tədbirlər görəcəyini bildirib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Ərdoğan Qara Dəniz Texniki Universitetində çıxışında deyib. Onun sözlərinə görə, polislər qalxanla müdaxilənin yetərli olmadığı halda başqa üsullara əl atacaq: “Şəhərlərimizi xarabalığa çevirmək üçün hərəkət edənlər kimlərdir? Bunları bilmək üçün akademik, ya da professor olmağa ehtiyac yoxdur. Hər şey ortadadır, bu məsələdə separatçı terror təşkilatı əsas cavabdehdir. Əllərinə daş alaraq, polislərimizi şəhid edənlər ortadadır. Heç kim bu məsələdə bizə ağıl verməsin! Bu işin qarşısını almalıyıq ”.

Ərdoğan bu məsələdə dünya dövlətlərinin reaksiyasına da cavab verib. O bildirib ki, bu məsələyə heç bir dövlət qarışmaq iqtidarında deyil: “Biz siyasətimizi özümüz müəyyən edirik. Türkiyə bu zorakılığa təslim olmayacaq”.

Ərdoğan “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının girov saxladığı vətəşdaşların sərbəst buraxılması zamanı aparılan mübadilə iddialarına da münasibət bildirib: “Nə verdiksə, verdik. Siz əsas işin sonuna və nəticəsinə baxın”.

Samir


Erdoğan'dan flaş açıklama: Polis sadece kalkan... cumhuriyet


Müəllif:

Oxşar xəbərlər