ABŞ İrandan Venesuelaya yanacaq daşıyan dörd tankerin yüklərini müsadirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Söhbət “Bella”, “Bering”, “Pandi” və “Luna” tankerlərindən gedir. Bundan əvvəl də həmin tankerlər İrandan Venesuelaya səyahət edib.
İyulun əvvəlində Kolumbiya məhkəməsi prokurorluğun həmin tankelərə həbs qoyulması ilə bağlı iddiasını təmin edib.
Gəmilər hərbi güc tətbiq edilmədən nəzarət altına alınıb.