11 Oktyabr 2014 15:45
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonda ABŞ-ın maliyyə nazirinin müavini Natan Şiitslə görüşdə Ukraynanın maliyyə naziri Aleksandr Şlapak ölkənin şərqində çətin vəziyyət əlaqədar olaraq, ABŞ hökumətinə ölkəsinə yardım göstərməkdə davam etmək xahişiylə müraciət edib.

Teleqraf.com-un “UNİAN”a istinadən məlumatına görə, bu haqda Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib: "Ukrayna tərəfi ABŞ-a ölkənin şərqində çətin vəziyyəti nəzərə alaraq, Ukraynaya maliyyə dəstəyini davam etdirmək, həmçinin donor konfransında aktiv iştirakçı olmaq xahişi ilə müraciət edib. Müvafiq konfrans bu ilin dekabrında olmalıdır".

Şlapak Beynəlxalq Valyuta Fondu, Ümumdünya Bankı və Avropa Komissiyasıyla Ukraynanın əməkdaşlığının detalları haqqında da məlumat verib. Görüşdə Ukraynanın neft-qaz sektorunda vəziyyət və bu sahədə islahatların gerçəkləşdirilməsi ilə bağlı hökumətin planları müzakirə edilib. Bundan başqa, danışıqlar zamanı sanksiyalar və ölkədən qanunsuz çıxarılmış aktivlərin qayıdışı sahəsində əməkdaşlıq məsələləri də nəzərdən keçirilib.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər