18 Avqust 2020 13:12
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Nyu-Yorkdakı konsulluğunun binasına və xidməti avtomobillərinə daş atan şəxs bundan əvvəl Ukrayna və Venesuelanın diplomatik nümayəndəliklərinə qarşı da eyni addımları atıb.

Teleqraf.com xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

Bundan əvvəl Rusiya Baş Konsulluğundan bildirilib ki, naməlum bir şəxs bir həftə ərzində (10-16 avqust) avtomobillərə və diplomatik nümayəndəliyin binasına daş atıb. Konsulluqdan verilən məlumata görə, polis həmin şəxsi ilk gündə saxlayıb, sonra sərbəst buraxıb və o, daş atmağa davam edib.

Nyu-York polisindən RİA “Novosti”yə verdiyi məlumata görə, həmin şəxs barədə bundan əvvəl tərtib olunmuş iki protokol var. Barəsində tez-tez polisə şikayət daxil olan 34 yaşlı kişinin Manhettendə yaşayan Rza Məşaəhi adlı şəxs olduğu bildirilib. Onun saxlanıldığı, başqasının əmlakına zərər vurmaqda ittiham edildiyi açıqlanıb.

Tutulan şəxs məhkəməyə çağırılıb və qanunla müəyyən edilmiş qaydada sərbəst buraxılıb. O, noyabrın 6-da təkrar məhkəməyə gəlməlidir.

34 yaşlı şəxs bir neçə gün əvvəl Venesuela konsulluğuna vurduğu ziyana görə tutulub. Bundan əvvəl isə eyni ittihamla Ukrayna konsulluğunda saxlanılıb.


Müəllif: Mənsur Rəğbətoğlu