20 Avqust 2020 00:19
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Əlborz, Tehran, Kirmanşah, Lorestan, Sistan-Bəlucistan, Qərbi Azərbaycan, İsfahan və Kirman vilayətlərində silah qaçaqmalçılığına qarşı əməliyyatlar keçirilib.

Teleqraf.com xəbər verir ki, xüsusi əməliyyat nəticəsində xaricdən ölkəyə qaçaqmalçılıq yolu ilə silah gətirilməsinin qarşısı alınıb.

Qeyd olunub ki, əməliyyatlar zamanı 20 nəfər həbs edilib. Onların evlərində və iş yerlərində aparılan axtarış zamanı çox sayda silah-sursat aşkar edilərək götürülüb.

Açıqlamada diqqətə çatdırılıb ki, nazirlik bu istiqamətdə fəaliyyətini davam etdirir və İrana qarşı istifadəsi nəzərdə tutulan silahların ölkə ərazisinə daxil olmasına imkan verməyəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər