11 Oktyabr 2014 23:58
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Daxili Təhlükəsizlik naziri Ceh Conson ABŞ terror siyahısında yer almasına baxmayaraq, PKK-nı tərifləyib.

Teleqraf.com-un məlumatına görə, sentyabrın 17-də Meksikadan ABŞ-a qanunsuz yolla keçən 4 nəfər barədə araşdırmaların yekunlaşdığını deyən nazir bu şəxslərin PKK üzvü olduğunu etiraf edib.

Lakin cinayət üstündə yaxalanan şəxsləri müdafiə edən nazir cinayətkarların üzvü olduğu PKK-nı İraq və Suriyada İŞİD-ə qarşı mübarizə aparan, “İraqda kürd bölgəsini müdafiə edən” təşkilat adlandırıb.

Conson ayrıca olaraq tutulan PKK üzvlərinin ölkədən deportasiya edildiyini bildirib.


Müəllif:

Oxşar xəbərlər