Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa vəd etdiyi müjdəni açıqlayıb.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı uzun araşdırmalardan sonra Qara dənizdə təbii qazın kəşf olunduğunu bildirib.
O, bu sevinci türk xalqına Allahın yaşatdığını deyib: “İndi də müjdəmizi sizlərə açıqlamaq istəyirəm. Türkiyə tarixinin ən böyük təbii qaz kəşfini Qara dənizdə həyata keçirdi. “Fatih” gəmimizin apardığı araşdırmalar nəticəsində 320 milyard kubmetr təbii qaz ehtiyatları aşkar edilib.
Hədəfimiz 2023-cü ildə Qara dəniz qazını xalqımızın istifadəsinə verməkdir”.