Əsas diqqətin Suriyada Kobani uğrunda gedən döyüşlərə yönəldiyi bir məqamda İŞİD terrorçularının Bağdada doğru irəlilədiyi xəbəri yayılıb.
Hava limanından 12 kilometr uzaqlıqdakı Əbu Qərib şəhərinə qədər çatan terrorçu qruplaşmanın havadan hücumun qarşısını ala biləcək raketlərə sahib olması narahatlığı artıran başqa bir məqamlardan biridir. İraqlı nümayəndələr sözügedən raketlərin 4500 metr yüksəklikdə uça bilən təyyarələri belə vurmaq imkanına malik olduğunu qeyd edir.
Teleqraf.com-un CNN-ə istinadən məlumatına görə, İraqın paytaxtı Bağdad şəhəri ətrafında vəziyyət yenidən gərginləşib. Belə ki, İŞİD terrorçularının Beynəlxalq Bağdad Hava limanına doğru irəlilədiyi bildirilir.
CNN-ə açıqlama verən ABŞ-lı yüksək vəzifəli şəxslərdən biri, İraq ordusunun paytaxtın qərbində yerləşən Ənbarda çətin vəziyyətdə olduğunu bildirib.