Pakistan son günlər ölkəsində, xüsusən də gərginliyin daha çox artdığı Kəşmir bölgəsindəki problemin həlli üçün BMT-nin Baş katibi Pan Gİ Muna məktub ünvanlayıb.
Teleqraf.com-un məlumatına görə, Baş nazirin Milli Təhlükəsizlik və Xarici Əlaqələr üzrə müşaviri Sərtac Əziz Pan Ki Muna göndərdiyi məktubda Kəşmir məsələsinin həlli üçün BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) qərarlarının icra olunmasını tələb edib.
Əziz məktubunda son zamanlar Hindistan və Pakistan arasında gedən mübarizəyə diqqət çəkərək, Hindistanın atəşkəsi pozaraq Cammu və Kəşmirdə gərginliyi artırmasını vurğulayıb.
Xatırladaq ki, Sərtac Əziz Pan Gi Munun 9 oktyabrda iki ölkə arasında analşılmazlığın sülh yolu ilə həlli mövzusundakı açıqlamasına dəstək verdiyini ifadə edib.