25 Avqust 2020 14:47
3 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Mədəniyyət Nazirliyi gənc tədqiqatçı tərəfindən hazırlanmış “Kitabi-Dədə Qorqud” əsərinin çapına icazə verməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə yazıçı və tədqiqatçı Milad Balesini məlumat verib.

“Bir neçə ay gözlədikdən sonra hazırladığım “Dədə Qorqud” kitabının çap olunmağına lisenziya verilmədi. Səbəb kimi isə “millətçiliyin təbliği” göstərilib. “Dədə Qorqud” kitabı millətçilikdirsə, hesab edirəm ki, Firdovsi faşizmin özüdür”, - Balesini qeyd edib.

Oğuz türklərinin dastanı olan “Kitabi-Dədə Qorqud" Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi (XI-XII əsrlər) sayılır. Bu əsər 2017-ci ildə Azərbaycan, Türkiyə və Qazaxıstanın ortaq mirası olaraq UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

İranda daha əvvəl də dəfələrlə Azərbaycan türklərinin dili, mədəniyyəti və tarixi ilə əlaqədar olan əsərlərin çapına icazə verilməyib. Təsadüfi deyil ki, İrandakı dini-siyasi rejim 2019-cu ildə Azərbaycan-türk dilində kitab nəşr edən bir çox müəssisənin Təbriz 17-ci Beynəlxalq Kitab sərgisində iştirakına əngəl olub. Eyni zamanda, Azərbaycan dilində fəaliyyət göstərən “Kirpi” kimi bir çox nəşriyyatın fəaliyyətinə qadağa qoyulub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər