Türkiyə Liviyada saxlanılan rusların dindirilməsi ilə bağlı məlumatı təsdiqləməyib.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin direktoru İvan Volınkin deyib.
“Maksim Şuqaleya və və Samer Sueyfanın Türkiyədəki dindirilməsinə gəlincə, bu məlumatın etibarlılığına şübhə edirik. Türk tərəfdaşlarımızla əlaqədəyik, məlumat təsdiqlənməyib”, - Volınkin bildirib.
Diplomat həmçinin qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi saxlanılan rusların məsələsi ilə yaxından maraqlanır və onların dərhal azad edilməsini tələb edərək, Tripolidəki hakimiyyət nümayəndələri ilə təmaslarda bu məsələni mütəmadi olaraq qaldırır. O, bu yaxınlarda Liviyanın Xarici İşlər naziri Məhəmməd Siyalanın Tripolidə həbs olunan Rusiya vətəndaşlarının probleminin yaxın vaxtlarda həll olunacağına əmin olduğunu xatırladıb.
Qeyd edək ki, Maksim Şuqaley və Samer Sueyfan adlı iki Rusiya vətəndaşı ötən ilin may ayında Liviyada saxlanılıb. Liviya Baş Prokuroru yanında Cinayət İstintaq İdarəsi rusların Tripolidə keçirilən seçkilərə müdaxilə ittihamı ilə saxlanıldığını açıqlayıb.