Liviyanın Daxili İşlər naziri Fəthi Başağanın vəzifəsindən azad olunmasından sonra Milli Razılıq Hökumətinin rəhbəri Fayez əs-Sərraca qarşı sui-qəsd cəhdi olduğu üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, misirli jurnalist Sabir Məşhur Sərrac hökumətinə qarşı çevriliş planlaşdırıldığını da bəyan edib.
Jurnalist iddia edib ki, bu işdə sabiq DİN rəhbəri Başağanın əli olub.
Məşhur qeyd edib ki, Başağa üsyançılarla əlbir olub, Sərracın evinə təşkil edilən hücum zamanı güc strukturlarına evin ətrafından çəkilmək barədə təlimat verib.
O, paytaxt Tripolidəki etiraz aksiyalarının Qəddafi və Haftar tərəfdarlarının keçirdiyini söyləyib. Jurnalist vurğulayıb ki, vaxtilə eyni plan üzrə Misir Prezidenti Məhəmməd Mursinin də evinə girib öldürməyə cəld edilmişdi.