Yunanıstan Türkiyəyə qarşı silahlanmaya start verib. Afina yaxın 5 il müddətinə 10 milyard avroluq silah alacaq.
Teleqraf.com xəbər verir ki, Yunanıstan ilk olaraq Fransa ilə müdafiə əməkdaşlığına dair saziş imzalayacaq.
Sazişin Fransa Prezidenti Makronla Yunanıstan Baş naziri Miçotakis arasında sentyabrın 10-da imzalanacağı gözlənilir.
İlkin mərhələdə Fransadan 44 ədəd Mirge hərbi gəmilər alınacaq. Eyni zamanda quru və donanma qüvvələri üçün helikopter detalları də əldə ediləcək.
Həmçinin Almaniyadan da silah alınacaq. Yunanıstanın 5 illik silahlanma proqramında əsas tədarükçü Fransa olacaq.
Yunanıstan İsrail və Birləşmiş Ərəb Əmirliyindən də silah almağı nəzərdə tutur.