2 Sentyabr 2020 22:54
3 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski Rusiya lideri Vladimir Putinin Belarusdakı hədəflərindən danışıb.

Teleqraf.com xəbər verir ki, o, BBC News-a verdiyi müsahibədə Rusiya prezidenti üçün iki prioritetin olduğunu deyib.

“Birinci məqsəd, Avrasiya İqtisadi Birliyinə təsir imkanlarını bərpa etmək, ikincisi isə yenidən qlobal oyunçu olmaqdır. Prezident Putin bu planın əsas hərəkətverici qüvvələrdən biridir”.

Kvasnevski hesab edir ki, Rusiya lideri Belarusun təsir dairəsində olmadığı bir vəziyyəti təsəvvür edə bilməz. Bu mövqeyini ölkələrin vaxtilə vahid bir dövlət olması ilə izah edib: “Bu, bir neçə ilə deyil, yüz illərə bağlı tarixdir”.

Aleksandr Kvasnevski 1995-2005-ci illərdə Polşanın prezidenti vəzifəsini icra edib.


Müəllif: Mənsur Rəğbətoğlu