3 Sentyabr 2020 11:09
7 790
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aralıq dənizinin şərqində biz haqlıyıq, haqlarımızdan imtina etməyəcəyik”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Türkiyənin bu məsələ ilə bağlı tezislərinin beynəlxalq hüquq normalarına uyğun olduğunu bildirib:

“Aralıq dənizinin şərqi məsələsi başda olmaqla bütün diplomatik mövzulardakı danışıqlarımızı həmkar ölkələrlə müqayisə edin. Keçmişdə Yunanıstan başda olmaqla bu ölkələrə nə cür dəstək verdiyimizi araşdırın. Bu vəziyyətə necə çatdığımızı xalqa deyin. Türkiyə hər zaman eyni yerdə dayanıb.

Amma Fransa və Yunanıstan kimi ölkələrin dövlət başçıları daim dəyişkən mövqe tutub. Söhbəti və düşüncələri də fərqli idi, get-gəllər baş verdi. Bu günə qədər olan bu get-gəlləri araşdırın, geniş bir araşdırma aparın, mənə təqdim edin. Həm həmsöhbətlərimizlə görüşlərdə, həm də xalqa bunu izah edək.

Bu mövzuda yüz faiz biz haqlıyıq, haqlarımızdan əl çəkmirik. Cənubi Kipr xaricində hər kəslə bir masada əyləşə bilərik. Bu, hüquqlarımızı güzəştə gedəcəyik demək deyil. Hamının qazana biləcəyi ortaq bir zəmində görüşə bilərik. Ancaq Yunanıstan bunu qəbul etmir. Hər şeyi masada çözməyə davam edəcəyik. Siyasi həll yolunu dəstəkləyirik. Almaniya vasitəçilik etmək istəyir, amma strateji müttəfiqi Fransanı dəstəkləmək məcburiyyətində qalır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər