3 Sentyabr 2020 22:26
1 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19 pandemiyasının təsiri nəticəsində yaranmış tənəzzüldən çıxmaq üçün Fransa iqtisadi dirçəlişi təmin etmək məqsədilə 100 milyard avro yardım ayıracaq.

Teleqraf.com xəbər verir ki, bu haqda Fransanın Baş naziri Jan Kasteks Nazirlər Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

J.Kasteks bildirib ki, bu, Avropa ölkələri arasında ən böyük iqtisadi bərpa planıdır. Planın üç əsas istiqamətdə reallaşdırılacağı qeyd edilib. Belə ki, yardımın 30 milyard avrosu ekoloji keçid, 35 milyard avroluq hissəsi müəssisələrin dəstəklənməsi, 35 milyard avro isə sosial və ərazi birliyinin möhkəmləndirilməsinə ayrılacaq.

İqtisadi bərpa planının əsas məqsədi 2022-ci ilədək ölkənin sanitar böhrandan əvvəlki cəlbedicilik səviyyəsini bərpa etmək, eləcə də 2021-ci ilədək 160 min yeni iş yerinin açılmasına nail olmaqdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər