6 Sentyabr 2020 01:16
3 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa ağlına gələn hər şeyi edə biləcəyini düşünür. Şərqi Aralıq dənizi kifayət deyil, İraqda da bəzi bəyanatlar verir. Bunların heç biri müttəfiqlik ruhuna, barışa və ya dialoqa kömək etməz.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, bunlar emosional yanaşmadır və nəticəsiz qalacaq: "Bir tərəfdən NATO-nun beyin ölümü yaşadığını deyəcəksiniz, digər tərəfdən NATO-nun, Avropa Birliyinin arxasında gizlənəcəksiniz. Eyni zamanda peyğəmbərimizə həqarəti azadlıq hesab edəcəksiniz, digər yandan jurnalistin sualına belə dözümsüz yanaşacaqsınız. Bu, ikiüzlülük, riyakarlıqdır. Bunu hər kəs görməlidir. Biz Türkiyə olaraq dialoq, sülh, beynəlxalq münasibətlər çərçivəsində lazımi iş birliyi, yaxşı qonşuluq əlaqələrinin tərəfdarıyıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər