9 Sentyabr 2020 09:05
2 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada rəyi soruşulanların 43 faizi Belarusla birləşməyə ehtiyac görmür, hesab edirlər ki, bu iki dövlət sadəcə biri-birinə qonşu olaraq dəstək verməlidir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ümumrusiya İctimai Rəyin Tədqiqatı Mərkəzi (ÜİRTM) məlumat yayıb.

22 faizin fikrincə, iki dövlət bərabər əsasda birləşə bilər, 17 faiz Belarusun Rusiya tərkibinə, 1 faiz isə Rusiyanın Belarusun tərkibinə bir region statusu ilə qatılmasına tərəfdardır.

Rəyi soruşulanların 12 faizi suala cavab verməyib, 5 faiz isə cavab verməkdə çətinlik çəkib.

ÜİRTM sorğunu bu il avqustun 20-də aparıb.


Müəllif: Mahir

Oxşar xəbərlər