10 Sentyabr 2020 12:19
1 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Berlin polisi “Charite” klinikasının mühafizəsini gücləndirib. Orada olan Aleksey Navalnı artıq danışa bilir və ehtimal ki, təyyarədə huşunu itirmədən əvvəl baş verənlərin təfərrüatlarını xatırlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı öz mənbələrinə istinadla məlumat yayıb.

“Der Spiegel” yazır ki, mühafizənin gücləndirilməsi Navalnının vəziyyətinin yaxşılaşdıqca daha çox ziyarətçi qəbul edə biləcəyi ilə əlaqədardır.

Bundan əvvəl alman klinikasının həkimləri rusiyalının komadan çıxarıldığını və tədricən süni nəfəs aparatından ayrıldığını bildirmişdilər.

Rusiya hüquq-mühafizə orqanları isə məlumatı təsdiqləməyib: “Biz hələ hansı məqalədən söhbət getdiyini bilmirik, buna görə şərh verə bilməyəcəyik. Daha sonra informasiya təqdim edəcəyik”.


Müəllif: Səxavət

Oxşar xəbərlər