Peru Konqresi ölkə prezidenti Martin Viskarranın “mənəvi çatışmazlıq” səbəbindən vəzifəsindən kənarlaşdırılmasına dair qətnamə layihəsinin baxılmasına razılıq verib.
Teleqraf.com xəbər verir ki, 65 parlamentari sənədin lehinə, 36-sı əleyhinə səs verib, 24-ü bitərəf qalıb.
“Beləliklə, qətnamə qəbul edildi”, – deyə Konqresin sədri Manuel Merino de Lama bildirib.
Ölkə qanunvericiliyinə görə, bu qətnamənin qəbulu üçün ən azı 52 deputatın dəstəyi lazım idi.