Rəsmi Pekin Çin və Honkonqda işləyən amerikalı diplomatların fəaliyyətinə yeni məhdudiyyətlər tətbiq edib.
Teleqraf.com-un məlumatına görə, Çin Xarici İşlər Nazirliyi bəyan edib ki, yeni məhdudiyyətlər ABŞ-ın Pekin səfirliyi və Çin konsulluqlarında xidmət edən diplomatlarına şamil olunacaq.
Çinin ABŞ-la “bütün sahələrdə əməkdaşlıq və normal münasibətlərə” tərəfdar olduğu vurğulanan açıqlamada yeni məhdudiyyətlərin ABŞ-ın ötən il çinli diplomatlara qarşı tətbiq etməyə başladığı qadağaların aradan qaldırılması zamanı qüvvədən düşəcəyi xatırladılıb:
“Bir daha ABŞ tərəfində xətalarını düzəltməyə, Çin səfirliyi və konsulluqlarına, eləcə də personala tətbiq olunan məhdudiyyətləri qaldırmaq çağırışı edirik. Çin ABŞ-ın addımlarına müvafiq cavab verəcək”.