14 Sentyabr 2020 22:59
1 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Türkiyə arasında 15-16 sentyabr tarixlərində Suriya və Liviyadakı vəziyyətlə bağlı məsləhətləşmələrin növbəti raundu keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildiriblər.

Məlumatda deyilir: "Suriya və Liviya ilə əlaqəli məsləhətləşmələr Türkiyə və Rusiya idarələrarası nümayəndə heyətləri arasında 15-16 sentyabr tarixlərində Ankarada texniki səviyyədə davam edəcək".

Qeyd edək ki, məsləhətləşmələrin bundan öncəki raundu 31 avqust - 1 sentyabr tarixlərində Moskvada keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər