16 Sentyabr 2020 08:05
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiyada məktəbli avtobusu qatarla toqquşub.

Teleqraf.com xəbər verir ki, nəticədə məktəbli avtobusunun sürücüsü ölüb və qəzada 40 şagird yaralanıb.

Bildirilib ki, toqquşma Şimali Palmerston şəhərindəki dəmir yolu keçidində hərəkət edən qatarla olub. Altı məktəbli xəstəxanaya yerləşdirilib.

Şəhər polisi, həkimlərin uşaqların vəziyyətini qənaətbəxş qiymətləndirdiyini, heç kimin ciddi xəsarət almadığını qeyd edib.


Müəllif: Teleqraf.com